Şradha Kapur
Aktrisa
Şraddha Kapur 3 mart 1987-ci ildə Mumbayda (Hindistan) hind aktyoru Şakti Kapur və müğənni Şivanqi Kapurun ailəsində dünyaya göz açıb. Aktrisa ailənin ikinci övladıdır. Böyük qardaşı Siddhant əvvəl dicey və rejissor köməkçisi olub, son vaxtlar isə aktyor qismində filmlərə çəkilir. Şraddha Mumbay şəhərinin Jamnabai Narsee School məktəbində oxuyub. Daha sonra Boston Universitetinə qəbul olunub, teatr bölməsində təhsil alıb. Ancaq birinci kursdan sonra təhsili yarımçıq buraxaraq, aktyor karyerasına başlayıb. Şraddha Kapur tanınmış bollivud aktrisası Padmini Kolhapurenin bacısı qızıdır. Kinoda debütü 2010-cu ildə “Üç kart” filmində gerçəkləşib. Filmdə Amitabh Baççan, Madhavan və Rayma Sen kimi tanınmış aktyorlarla kamera qarşısına çıxıb. Film kassa uğursuzluğuna düçar olsa da, Şraddhanın performansı ona ən yaxşı qadın debütü nominasiyasında "Filmfare Award" mükafatını qazandırıb. “Itimes” nəşri onu ilin ən cazibədar debütantları siyahısında üçüncü yerdə qərarlaşdırıb. 2013-cü ildə ekranlara rejissor Mohit Surinin “Sevgi naminə həyat 2” adlı musiqili romantik dramı çıxır. Şraddha Kapur filmdə Aditya Roy Kapurla baş rola çəkilir. Ekran əsəri yüksək gəlir götürür, kinoteatrlardan 18 milyon dollara yaxın pul toplanır. Şraddha isə ən yaxşı aktrisa kateqoriyasında "Filmfare Awards" mükafatına namizəd olur. 2014-cü ildə Şraddha rejissor Mohit Surinin növbəti ekran işi – “Zalım” filminə çəkilir. Şraddha daha sonra Şahid Kapur və Tabu ilə birlikdə Uilyam Şekspirin Hamlet əsərinin motivləri əsasında lentə alınmış “Hayder” filmində rol alır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Shraddha_Kapoor