Şahid Kapur

Şahid Kapur

Aktyor

BİOQRAFİYA
Şahid Kapur 25 fevral 1981-ci ildə Dehlidə (Hindistan) anadan olub. Tanınmış Bollivud aktyorudur. Şahid Kapur karyerasına "Taal" ("Ritm") adlı filmdə ikinci dərəcəli rolu ifa etməklə başlayıb. Dörd il sonra iştirak etdiyi "Ishq Vishk" ("Romantik sevgi") filminə görə "Filmfare" mükafatına layiq görülüb. Ən uğurlu rolları "Jab We Met" ("Görüşdüyümüz vaxt") və "Kaminey" ("Əclaf") filmlərində olub. Məhz bu filmlərə görə yenidən "Filmfare" mükafatına layiq görülüb. Atası tanınmış aktyor Pankac Kapurdur. Anası Nilima Əzim isə aktrisa və klassik rəqqasə kimi tanınır. Şahid üç yaşında ikən valideynləri boşanıb və o, anasının yanında böyüyüb. Atası və ögey anası Supriya Patakla kifayət qədər yaxşı əlaqələri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/%C5%9Eahid_Kapur

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç