Tabu

Tabu

Aktrisa

BİOQRAFİYA

Təbəssüm Həşmi daha çox “Tabu” təxəllüsü ilə tanınır. Hindistanlı aktrisadır. Hindu, teluqu, malayalam, tamil və ingilis dilində olan filmlərə çəkilir. 4 noyabr 1971-c ildə Heydərabad (Hindistan) şəhərində anadan olub. Kino debütünü 7-8 yaşlarında gerçəkləşdirib. Nənəsinin evində lentə alınan “Xoşbəxtliyin axtarışında” filmində görünüb. Aktrisanın hind dilində debütü “Pehla Pehla Pyar” filmində, teluqu dilində debütü isə “Coolie No.1“ filmində gerçəkləşib. Daha sonra Tabunun “Ruk Ruk Ruk” mahnısına olan musiqi nömrəsi onu Hindistanda sensasiyaya çevirir. Növbəti illərdə “Cinayətkarın sevgisi” (1996), “Bir nömrəli arvad” (1999), “Bizi ayırmaq mümkün deyil” (1999), “Şüur və hisslər” (2000) kimi filmlərə çəkilir. 1996-cı ildə premyerası baş tutan “Araqızışdıranlar” filmi ona Milli Kino mükafatını qazandırıb. Beş dəfə "Filmfare Award" mükafatına namizəd olsa da “Ən yaxşı aktrisa” kateqoriyasında qalib ola bilməyib. Amma “Torpağın çağırışı” (1997), “Yaxın könüllər” (1999), “Mənim taleyim” (2000) və “Sevginin resepti: Şəkərsiz” filmlərinə görə tənqidçlərin rəyi əsasında "Filmfare" mükafatını qazanıb. 2015-ci ildə isə “Hayder” filmində oynadığı rola görə "Ən yaxşı ikinci plan aktrisası" kateqoriyasında “Filmfare” mükafatı ilə təltif olunub. Bundan başqa, En Linin “Pi-nin həyatı adlı” filmində oynadığı ikinci dərəcəli rol ona beynəlxalq nüfuz qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Tabu_(actress)
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç