Vişal Bharadvac
Bəstəkar, ssenarist, prodüser, rejissor
Vişal Bharadvac - hindistanlı kinorejissor, ssenarist, prodüser və bəstəkardır. “Filmfare Award” və yeddi qat Hind Milli Kino Mükafatı laureatıdır (4 kateqoriyada). Bharadvac karyerasına bəstəkar olaraq başlayıb. “Abhay” ( Qorxusuz) (1995) adlı filmə musiqi bəstələyib. Növbəti il “Gulzar Maachis” (1996) filminə yazdığı saundtreklərə görə böyük nüfuz qazanıb. “Yeni musiqi istedadı” nominasiyasında "Filmfare RD Burman Award" mükafatı ilə təltif olunub. 1998-ci ildə “Satya”, 1999-cu ildə isə “Xaç anası” filmlərinin bəstəkarı olur. Sonuncu ona ən yaxşı kino bəstəkarı nominasiyasında Hind Milli Kino Mükafatı qazandırır. Rejissor debütünü 2002-ci ildə “Makdi” adlı uşaq filmini çəkməklə gerçəkləşdirib. Filmin musiqisini özü bəstələyib. Uilyam Şekspirin üç faciəsinin hind adaptasiyasına görə şöhrət qazanıb. “Maqbet” əsasında 2003-cü ildə “Məqbul”, “Otello” əsasında “Omkara (2006), “Hamlet” əsasında “Hayder” (2014) filmlərini lentə alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: