Alisiya Silverstoun

Alisiya Silverstoun

Aktrisa

BİOQRAFİYA

Alisiya Silverstoun 4 oktyabr 1976-cı ildə San-Fransisko şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Silverstounun atası yəhudi, anası şotlandiyalıdır. Alisiya üçuşaqlı ailənin sonbeşiyidir. Bioloji bacı-qardaşlarından savayı, ögey bacısı və ögey qardaşı da var. Silverstoun San-Mateo məktəbində tərbiyə görüb. Altı yaşında olanda model olaraq işə düzəlib. Model peşəsində olmasına baxmayaraq, dərslərindən geri qalmayıb və yaxşı oxuyub. Sonradan Silverstounu müxtəlif televiziya layihələrinə dəvət ediblər. Yeniyetmə model “Gözəl illər” adlı amerikan serialında “Arzuların qızı” adını qazanıb. 11 iyun 2005-ci ildə Silverstoun köhnə dostu Kristofer Carekiyə ("STUN" qrupunun solisti) ərə gedir. Toya qədər səkkiz il birlikdə yaşayıblar. 5 may 2011-ci ildə Beara Blu Careki adlı oğul dünyaya gətirib. 13 illik nikahdan sonra 2018-ci ildən Carekidən ayrılmaq üçün məhkəməyə ərizə verib. Alisiya aktrisalıq fəaliyyəti ilə yanaşı ictimai fəal və heyvan haqlarının müdafiəçisidir. O, eyni zamanda vegeteriandır. 2004-cü ildə “PETA” təşkilatı tərəfindən "Ən cazibədar veqan" elan edilib. İngilis dili ilə yanaşı, fransız dilində sərbəst danışır. Karyerasının əvvəlində məşhur rok-qrupu olan “Aerosmith”in kliplərinə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alicia_Silverstone

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç