Coel Şumaher

Coel Şumaher

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Coel Şumaher 29 avqust 1939-cu il Nyu-Yorkda (ABŞ) anadan olub. Marian və Frenk Şumaherlərin oğludur. Coelin 4 yaşı olanda atası vəfat edib. “Parsons The New School for Design and Fashion Institute of Technology” kollecində təhsil alıb. Moda sənayesində müəyyən bir müddət işlədikdən sonra Coel başa düşür ki, onun əsl marağı kinematoqrafiya sahəsinədir. Bundan sonra o, Los-Ancelesə köçür və burada öz kinokaryerasına geyim üzrə rəssam kimi başlayır. Bu vəzifəni yerinə yetirdikcə o, kinonun sirlərinə yiyələnir və bu sənəti daha dərindən öyrənir. Bədii və televiziya filmlərinə ssenari yazmağa başlayan Coel 1981-ci ildə ilk dəfə olaraq “The Incredible Shrinking Woman” filmində özünü rejissor kimi sınayır. “On İki”, “Telefon budkası”, “8 mm”, “Öldürmək vaxtıdır”, “Opera kabusu” filmləri ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D1%83%D0%BC%D0%B0%D1%85%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%BE%D1%8D%D0%BB

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç