Nik Mur
Rejissor, ssenarist, prodüser, montajçı
Nik Mur – britaniyalı rejissor, ssenarist, montajçı və prodüserdir. Rejissor debütünü 2008-ci ildə “Nadinc uşaq” (Wild Child, 2008) komediya filmi ilə gerçəkləşdirib. Filmdə Emma Roberts baş rola çəkilib. “Yaramaz Henri” onun ikinci rejissor işi sayılır. Bununla belə həmin filmə qədər 30-a yaxın studiya və müstəqil rejissor filmində montajçı işləyib. 1997-ci ildə ekranlara çıxan “Kişi striptizi” (The Full Monty) filmi üzərində gördüyü işə görə, ən yaxşı montaj nominasiyasında BAFTA mükafatı il təltif olunub. Xidməti siyahısında “Mənim oğlum” (About a Boy, 2002), “Nottinq Hill” (Notting Hill, 1999), “Həqiqi sevgi” (Love Actually, 2003) və “Mənim çirkin dayəm” (Nanny McPhee, 2005) kimi reytinqli filmlər yer alır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ovideo.ru/persona/30822#ixzz5ZIwgADDu