Martin Friman
Aktyor
Martin Con Kristofer Friman 8 sentyabr 1971-ci ildə Hempşir qraflığında (İngiltərə) anadan olub. BBC-nin "Sherlock" seriyası və "Fargo" FX-nin, eləcə də "The Hobbit" film-trilogiyasında Bilbo Baggins rolu ilə yaxşı tanınır. Friman Roma katolik orta məktəbini bitirib, sonra Londondakı İncəsənət məktəbində təhsil alıb. 15 yaşından etibarən Gənclər Teatrında oynayır, ancaq bir neçə ildən sonra kino aktyoru olmaq qərarına gəlir. Martin Friman 2000-ci ildə film çəkilişində tanış olduğu ingilis aktirası Amanda Abbinqtonla faktiki nikahda olub. Cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib. 2016-cı ildə ayrıldıqlarını və dost qaldıqlarını elan ediblər.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Martin_Freeman