Timoti Dalton

Timoti Dalton

Aktyor

BİOQRAFİYA

Timoti Dalton 21 mart 1946-cı ildə Böyük Britaniyanın Uels qraflığında dünyaya gəlib. Atası İkinci Dünya müharibəsində yaradılan, Böyük Britaniyanın "Xüsusi əməliyyatların idarə edilməsi" kəşfiyyat-diversiya bölməsində xidmət edib. Bu bölmə rəsmi olaraq 1946-cı ildə ləğv edilib. Timoti Dalton 18 yaşında məktəbi bitirir və teatrda çalışır. 1966-cı ildən başlayaraq filmlərdə, ardınca televiziya seriallarında iştirak etməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında çəkilən "Ceyn Eyr" filmində iştirak edib. 1987-ci ildə "Yaşayan gün işığı" və 1989-cu ildə "Öldürmək üçün icazə" filmlərində Ceyms Bond rolunu canlandırıb. 1994-cü ildə "Skarlett" filmində ("Küləklə sovrulmuşlar" filminin davamı) Rett Batler rolunu canlandırır. Timoti Dalton 1995-ci ildə Londonda keçirilən kinofestivalda model Oksana Qriqoryeva ilə tanış olur. Bu kinofestivalda Oksana Rusiyanın populyar kinorejissoru Nikita Mixalkovun tərcüməçisi idi. Bir müddət sonra onlar evlənirlər. 7 avqust 1997-ci ildə onların Aleksandr adında övladı dünyaya gəlir. Lakin onların evliliyi uzunmüddətli olmur və bir müddət sonra boşanırlar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Timoti_Dalton

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç