Nik Frost
Aktyor, ssenarist, prodüser
Nik Frost 29 mart 1972-ci ildə Londonda (İngiltərə) anadan olub. Məktəbi bitirdikdən sonra bir müddət ofisiant və korporativ tədbirlərdə tamada işləyib. 2002-ci ildə 6 seriyalı “Zaman kreslosu” adlı komediya dramında aktyor və həmmüəllif kimi çıxış edib. Elə həmin il “Təhlükə: 50 min volt” adlı televiziya layihəsini işə salıb. Sözü gedən şou sağqalma üzrə ekspertlərin ekstrimal şəraitlərdə davranış qaydalarını öyrətdiyi populyar proqramın parodiyası olur. Böyük uğur qazanan şounun, 2003-cü ildə ikinci mövsümü çəkilir. Növbəti uğurlu rolu “Şon adlı Zombi” romantik zombi-komediyasında olur. Filmin ssenaristi Saymon Peqq, rejissoru Edqar Raytdır. 2006-cı ildə Peqq-Rayt duetinin ikinci filmində, “Bərkgedən polis kimi” komediyasında baş rollardan birini oynayır. 2011-ci ildə Saymon Peqq və Nik Frost yenidən bir araya gəlir. Bu dəfə onlar qaçaq yadplanetlinin başına gələnlərdən bəhs edən “Pol: Məxfi material” filmində baş rollarından birini oynayır. 2013-cü ildə isə “Dünyanın axırı” fantastik komediyasına çəkilir. Frost uzun illərdi ki, həmkarı Saymon Peqqlə dostluq edir (onlar əvvəl qonşu olublar). Nik Frost Kristina Frostla evlidir. 2011-ci ildə birgə nikahdan qızları doğulub. Katolik kimi böyüsə də, ateist olduğunu etiraf edib. Vest Hem Yunayted klubunun azarkeşidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: