Maykl Papacon

Maykl Papacon

Aktyor, prodüser

BİOQRAFİYA

Maykl “Mayk” Platon Papacon – amerikalı aktyor, kaskadyor və prodüserdir. Keçmiş beysbolçudur. “Hörümçək-adam” kinosaqasında Dennis Karradina rolu ilə tanınır. 7 noyabr 1964-cü ildə ABŞ-ın Alabama ştatının Birminqem şəhərində anadan olub. Yunan əsilli Platon və Mariya Papaconun ailəsində boya-başa çatıb. Atası Yunanıstanın Evbey bölgəsindən olub. Uşaqlığında valideynləri ilə pravoslav kilsəsinə baş çəkib. Sonradan Hollivuda köçüb və Sent Sofiya kilsəsinin üzvü olub. 1983-cü ildə orta məktəbi bitirib. 1980-ci illərdə Luiziana ştatının tələbəsi ola-ola, “LSU Tigers Baseball” komandasında çıxış edib. Elə həmin vaxtlarda kinoya çəkilməyə başlayıb. 1 oktyabr 2005-ci ildə Pola Coy Papaconla ailə qurub. Onların Şon adlı oğlanları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Michael_Papajohn

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç