Toni Gilroy

Toni Gilroy

Ssenarist, rejissor

BİOQRAFİYA

Entoni Cozef “Toni” Gilroy 11 sentyabr 1956-cı ildə ABŞ-da doğulub. Baş rollarını Mett Deymon, Corc Kluni, Culiya Robertsin oynadığı bir neçə filmin ssenari müəllifidir. Yazdığı ssenarilər "Oskar" mükafatına layiq görülüb. Gilroy 1992-ci ildə “Qızıl buz” filminin ssenarisini yazır. Ardınca, 1995-ci ildə “Dolores Kleybon”, 1997-ci ildə “Şeytanın vəkili” filmlərinin ssenari müəllifi kimi çıxış edir. 1998-ci ilin ən çox baxılan filmlərindən biri olan “Armageddon”un bir hissəsinin ssenarisini də məhz Gilroy yazır. 2000-ci ildə “Həyatın sübutu”, 2000-2006-da “Bornun identifikasiyası, üstünlüyü və ultimatumu” filmlərinin ssenarisini yazıb. 2007-ci ildə Gilroy özünün debüt işi olan, ssenarisi qardaşı Con Gilroya məxsus “Maykl Kleyton” filmini çəkir. Film "Ən yaxşı film", "Ən yaxşı rejissor işi", "Ən yaxşı kişi rolunun ifaçısı", ümumiyyətlə yeddi nominasiyada "Oskar" mükafatına namizəd olur.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tony_Gilroy

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç