Mariya Avdyuşko

Mariya Avdyuşko

Aktrisa, prodüser

BİOQRAFİYA

Mariya Avdyuşko – eston və sovet teatr və kino aktrisasıdır. 9 may 1968-ci ildə Estoniya SSR-nin Tallin şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından kinoya çəkilir. 1992-ci ildə Tallinin Musiqi Akademiyasının aktyorluq fakültəsini bitirib. Məzun olduqdan sonra Gənclər teatrında işləyib. 1994-cü ildən Estoniyanın Dövlət Rus Dram Teatrının aktyor heyətində yer alıb. 1999-2001-ci illərdə “Kanal 2” telekanalında işləyib; orada “Kalevinin qızı” adlı mədəniyyət verilişinin aparıcısı olub. Kinoda debütünü 1981-ci ildə Rayvo Trassın “Günorta” adlı lentində gerçəkləşdirib. Rejissor və ssenarist kimi “Adınız nədir?” (Mis Su nimi on?) adlı qısametrajlı komediyada debüt edib. Kinokaryerası 30 ilə yaxın müddəti əhatə edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/mariya_avdyushko/

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç