Tomas Kreçmann

Tomas Kreçmann

Aktyor

BİOQRAFİYA

Tomas Kreçmann 8 sentyabr 1962-ci ildə Almaniyanın Dessau şəhərində anadan olub. Uşaqlığı doğma Dessau şəhərində keçib. Aktyor karyerasına baş vurmazdan əvvəl üzgüçülüklə məşğul olub və gənclər yığmasının üzvü olub. 19 yaşı olanda Kreçmann Şərqi Almaniyanı tərk etməyə qərar verib. Hərbçilərin əlinə keçməmək üçün gizli yollarla 1 aya yaxın irəliləyib. Cibində yalnız pasport və 3 min rubl pulla 4 dövlət sərhədini keçib. Şaxtalı havada günün çox hissəsini açıq havada olduğuna görə, barmaqlarından birini don vurub. Buna baxmayaraq Qərbi Almaniya ərazisinə keçməyə nail olub və cərrahi müdaxilədən sonra həmin barmağın funksionallığı bərpa olunub. Kreçmann Lene Roklinlə evli olub. Onların bu nikahdan 3 övladları var. Habelə 2009-cu ilin mart ayında cütlük boşanmağa qərar verib. Hazırda ABŞ-ın Los-Anceles şəhərində yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Thomas_Kretschmann

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç