Punam Dhillon

Punam Dhillon

Aktrisa

BİOQRAFİYA
Punam Dhillon 18 aprel 1962-ci ildə Kanpurda (Hindistan) dünyaya gəlib. 1977-ci ildə 16 yaşında ikən “Miss Hindistan” seçilir. Bunun sayəsində onu rejissor, prodüser Yaş Çopra görür və “Tanrı Şivanın üçdişli əsası” filmində çəkilməyə dəvət edir. Sonra rejissor Çopra “Nuri” (1979) filmində baş rolu ona etibar edir. Bu filmə görə aktrisa "Ən yaxşı qadın rolu" kateqoriyasında “Filmfare Award” mükafatına layiq görülüb. Punam 90-dan çox filmdə çəkilib. Bundan əlavə, Punam Dhillon teatrda və televiziya proqramlarında da iştirak edir. 1988-ci ildə Punam Dhillon Aşok Thakeriya ilə evlənib. Cütlüyün Anmol adlı oğlu və Paloma adlı qızı dünyaya gəlib. 1997-ci ildə onlar boşanıblar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Poonam_Dhillon

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç