Rekha

Rekha

Aktrisa

BİOQRAFİYA

Bhanurekha Ganesan, səhnə adı qısa mononim Rekha — hindli aktrisa, müğənnidir. Əsasən hind filmlərinə çəkilib. Bhanurekha Ganesan 1954-cü ildə Madrasda tamil aktyoru Cemin Ganesan və teluqdilli filmlərin aktrisası Puşpavallinin ailəsində anadan olub. Valideynlərinin nikahı olmayıb. Rekha hələ kiçik ikən atası ilə anası ayrılır. Dəfələrlə nüfuzlu mükafatlara namizəd olan Rekha ən yaxşı qadın roluna görə 1982-ci il Hindistanın milli kinomükafatı və dörd Filmfare Awards laureatıdır. 1990-cı ildə Rekha biznesmen Mukeş Aqarvalla ailə qurub. Aktrisanın həyat yoldaşı suisidə meyilli olub. Rekha Londonda olduğu ərəfədə əvvəllərdə bir neçə uğursuz cəhddən sonra Aqarval 1991-ci ildə özünə qəsd edib. Bu faciədən sonra Rekha bir daha ailə qurmur. Hələ 1970-ci illərin sonunda digər aktrisa Caya Bhaduri ilə artıq evli olan aktyor Amitabh Baççanla uzunmüddət eşq macərası yaşayıb. Rekha bilirdi ki, o öz ailəsini tərk etməyəcək. Onların münasibəti bütün ölkədə müzakirə olunurdu. 1982-ci ildə film çəkilişlərində ciddi zədələnən Amitabh bir neçə həftə komada qalıb. Komadan ayılan aktyor Rekha ilə ayrılmaq və ailəsinə qayıtmaq qərarına gəlir. Hal-hazırda Rekha Mumbaydakı evində yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B5%D0%BA%D1%85%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç