Rakhi Gülzar

Rakhi Gülzar

Aktrisa, rəssam

BİOQRAFİYA
Rakhi Gülzar 15 avqust 1974-cü ildə Hindistanda anadan olub. Əsasən hind dilində olan filmlərdə rol alıb. Təxminən 50 il ərzində 100-ə yaxın filmdə oynayıb. "Ən yaxşı qadın rolu"na görə Hindistanın “Filmfare Awards” milli mükafatının laureatı olub. 16 dəfə “Filmfare” mükafatına namizəd olub və bu onu aktrisalar arasında ən çox mükafata layiq görülən qadın aktrisa kimi tanıdıb. Rakhi “Utancaq”(1971), “Məhəbbət həyatdır” (1976), “Keçmşin kölgəsində” (1977), “Anlayışsızlıq” (1978), “Kölgəli xoşbəxtlik” (1981), “Qan qohumluğu” (1983), “Sevginin gücü” (1984) “Əriyən buludlar” (1985) filmlərində Şaşi Kapurla çəkilib. Onun digər tərəf-müqabili Amitabh Baççan olub. Birlikdə “Məhəbbət həyatdır” (1976), “Taleyin allahı” (1978), “Andlar və vədlər” (1978), “Qisas” (1979), “Qara daş” (1979), “Bir yağışlı gecə” (1981) «Təkrarolunmaz” (1982) filmlərinə çəkiliblər. Rakhi həmçinin “Ram və Lakhan” (1989), “Ölümlə oyun” (1993), “Zalım” (1993), “Karan və Arcun” (1995) və “Sərhəd” (1997) filmlərində də iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rakhee_Gulzar

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç