Sampuran Sinqh Gülzar

Sampuran Sinqh Gülzar

Ssenarist, rejissor, aktyor, bəstəkar, prodüser

BİOQRAFİYA

Sampuran Sinqh Kalra (18 avqust 1936), daha çox Gülzar təxəllüsü ilə tanınan — hind kinorejissoru, ssenarist və şairdir. Bir çox mükafatların, həmçinin “Oskar” və “Qremmi” mükafatları laureatıdır. Kino sənayesində karyerası rejissor Bimal Royun “Dustaq” filmi üçün Mora Gora Ang Layle musiqisinin sözlərini yazmaqla başlayıb. Eyni zamanda özünü ssenarist və rejissor kimi sınayıb. Onun ilk rejissor işi 1971-ci ildə baş rolda Mina Kumari, Vinod Hanna, Şatruqhan Sinqhın iştirakı ilə “Səni axtarıram” filmi olub. Ardınca onun “Tanışlıq”, “Dəf etmək” filmləri böyük ekranlara çıxıb. 1975-ci ildə “Keçmişə səyahət” filmi ona ən yaxşı rejissor nominasiyasında ilk mükafatını və 1977-ci ilin ən yaxşı filmi kimi Filmfare Award qazandırıb. 1976-cı ilin ikinci ən yaxşı bədii filmi kimi Milli kinomükafata layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%83%D0%BB%D0%B7%D0%B0%D1%80_(%D0%BA%D0%B8%D0%BD%D0%BE%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80)

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç