Mina Kumari

Mina Kumari

Aktrisa, rəssam

BİOQRAFİYA

Mina Kumari (əsl adı Məhcabin Banudur) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində doğulub. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Award" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülüb. 1939-1972-ci illər arası 99 filmdə rol alıb. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona “Faciə kraliçası” ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918-1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib. Minanın bacısı Madhu hesab edirdi ki, Kamal ər yox, mal satan alverçi idi. 1964-cü ildə cütlük ayrılır və bundan sonra Mina içkiyə qurşanır. Sonralar aktyor Gülzar, ondan sonra isə Dharmendra ilə görüşür. Lakin Kamal Əmrahidən sonra heç kimlə ciddi münasibəti olmur. Mina Kumari 31 mart 1972-ci ildə Bombey xəstəxanasında komadan ayılmayaraq, qaraciyər sirrozundan dünyasını dəyişib. Keçmiş əri Kamal Əmrahi isə 1993-cü ildə vəfat edir və Mumbaydakı Rəhmətabad adlı hind-iran qəbiristanlığında Mina Kumarinin yanında dəfn edilir.

Ətraflı məlumat üçün üşüğıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Meena_Kumari


FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç