İqnasiya Allamand
Aktrisa
İqnasiya Allamand 29 avqust 1981-ci ildə Santyaqoda (Çili) anadan olub. O, Çilinin keşmiş naziri və prezidentliyə namizəd Andres Allamandın qızıdır. Onun ən məşhur işlərindən biri “Fundación Alter Ego” layihəsidir. Atasının işi ilə bağlı gəncliyinin çox hissəsini Vaşinqtonda (ABŞ) keçirib. Çiliyə qayıtdıqdan sonra “Pontificia Católica de Chile” teatr məktəbində təhsil alıb. Sonra o, təhsilini Buenos-Ayresdə (Argentina) davam etdirir. 2010-ci ildə o, Çili aktyoru Tyaqo Korrea ilə evlənir, ancaq bir ildən sonra ayrılırlar. 2013-cu ildə Allamand atasının prezidentliyə namizədliyi zamanı seçki kampaniyasında iştirak edib. 2005-ci ildə Allamand “Se arrienda” filmində rol alıb. O, həm də Çili brendi “París”in səfiridir. Onun beynəlxalq kino karyerası 2013-cü ildə “Aftershock”filmi ilə başlayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: