Tom Şillinq

Tom Şillinq

Aktyor, prodüser

BİOQRAFİYA
Tom Şillinq 10 fevral 1982-ci ildə Berlində (Almaniya) anadan olub. Aktyorluq karyerasına 12 yaşında başlayıb. 1996-cı ildə “Hallo, Onkel Doc!” teleserialında epizodlardan birində rol alıb. Bu onun ilk işi olub. 2000-ci ildə "Crazy" filmində rol alıb və bu rola görə "Ən yaxşı gənc aktyor" kimi "Bayerischer Filmpreis" mükafatına layiq görülüb. 2004-cü ildə "Ölüm akademiyası" filmində ikinci böyük rolunu oynayıb. Burada yaratdığı obraz yüksək qiymətləndirilib. 21 aprel 2017-ci ildə Tom Şillinq "The Jazz Kids"lə birlikdə "Vilnius" debüt albomunu buraxıb. Albomda 10 mahnıya yer verilib. Şillinq Berlinin Prentslauer-Berq rayonunda yaşayır. O, rejissor köməkçisi Anni Mozebaxla ilə vətəndaş nikahında yaşayır. 2014-cü ilin yaz aylarında bir oğlu, 2017-ci ilin yanvar ayında isə qızı dünyaya gəlib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tom_Schilling

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç