Con Hörd 7 mart 1946-cı ildə Vaşinqtonda (ABŞ) anadan olub. O, Qonzaqa məktəbini, sonra Klark Universitetini bitirib. Hörd məktəb zamanı teatrda oynamağa başlayıb. 1970-ci ildə peşəkar aktyor kimi Çikaqo teatrında fəaliyyət göstərirdi. O, “Mic Macs à Tire-Larigot” tamaşası ilə debüt edib və 1976-cı ildə “Theatre World Award” mükafatına layiq görülüb. 1979-cu ildə “Otello” tamaşasındakı Kassio roluna görə “Obie” mükafatına layiq görülüb. Hördün kino sahəsindəki debütü “Between the Lines” filmindəki rolu olub. 1990-cı illərdə Hörd televiziya işlərində daha çox yer almağa başlayır. 2017-ci ildə 71 yaşında Kaliforniya ştatında dünyasını dəyişib. Dörd dəfə evli olub. Üç uşağı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Heard_(actor)