Robin Uilyams

Robin Uilyams

Aktyor, prodüser

BİOQRAFİYA
Robin Uilyams 21t iyul 1952-ci ildə Çikaqoda (ABŞ) dünyaya göz açıb. Atası "Ford Motors" şirkətinin rəhbərlərindən biri, anası isə keçmiş model olub. Məktəbi bitirdikdən sonra Uilyams Klermont kollecinin politologiya fakültəsində təhsil alır. Amma buna baxmayaraq, marağı aktyorluq dərnəyinə idi. Tezliklə kollecdən kənarlaşdırılır. Atasının etirazlarına baxmayaraq, Robin dram məktəbinə oxumağa gedir. Bir müddət sonra klublarda yumoristik nömrələrlə çıxış edirdi, lakin onu teatr səhnəsinə qəbul etmirdilər. Həmin dövrdə Robin birinci həyat yoldaşı ilə tanış olur və birlikdə Los-Ancelesə köçürlər. Burada Uilyams tez bir zamanda gözə çarpır və “Mork və Mondi” teleserialında baş rola dəvət olunur. Robin Uilyams yumor hissi və improvizə bacarığına görə prodüserlərin sevimlisinə çevrilir. Bir neçə il sonra Robin “Popay” komediyasında baş rolda çəkilməklə böyük ekranda debütünü reallaşdırır. Lakin növbəti ildə çəkildiyi “Qarpın dünyası” daha uğurlu alınır. Tədricən, Robin Uilyamsın kino karyerası daha da genişlənməyə başlayır. ”Sağ qalanlar məktəbi”, Gözəl vaxtlar”, “Cənnət klubu”, “Günün nəbzini tutmaq” onun iştirakı ilə bir-birinin ardınca ekrana çıxan filmlər sırasında olur. Bunlardan sonra növbəti uğuru “Sabahın xeyir, Vyetnam” filmi olur. Bu filmdəki roluna görə Uilyams "Qızıl Qlobus" mükafatına layiq görülür və "Oskar" mükafatına namizədlər sırasında olur. Böyük uğurun ardınca iki filmi də vurğulamaq yerinə düşər - ”Baron Münhauzenin macəraları” və “Ölü şairlər cəmiyyəti” dramı. Bu dramda oynadığı obraz o dərəcədə təsirli olmuşdu ki, Robin Uilyamsın növbəti ildə də "Oskar" mükafatına namizədliyi irəli sürülür. Həmin dövrdə Uilyamsın iştirakı ilə “Oyanış” dramı, “Balıqçı kral” komediyası, növbəti "Oskar" namizədliyi gətirən “Kapitan Qarmaq” (Stiven Spilberq) macəra filmini və şəxsən prodüserliyini etdiyi “Xanım Dautfayr” komediyasının adını çəkmək olar. Bununla yanaşı, karyerasına mənfi təsir göstərən spirtli içki və narkotik aludəçiliyi ilə mübarizəni də davam etdirirdi. 90-cı illərin ortalarında Robin Uilyamsın iştirakı ilə "Cumanci” və “Məxfi agent” filmləri ekrana çıxır. ”Ağıllı Uill Hantinq” filmindəki rolu isə aktyora "Oskar" qazandırır. Növbəti il “Xəyalların apardığı yer” dramı ilə tamaşaçıların yaddaşında silinməz iz buraxır. Uilyams komedik janrdan dramatik obrazlara yönəlir. Onun “Şəfaverici Adams", “İki yüz yaşlı insan” filmləri uğurlu ekran əsərləri hesab olunur. Növbəti illərdə Robin aktiv şəkildə tamaşaçıları sevindirməyə davam edirdi. ”Birsaatlıq foto”, “Keçmişin sirləri”, “İlin adamı”, “Təkərli dəlixana” və “Avqust Raş” sevilən filmlər sırasına daxil olur. Robin Uilyamsın həyat devizi belə idi - “Heç vaxt heç nədən qorxmayın! Əks halda, qoy, qorxu sizə rahatlıq gətirsin". Uilyams aktyorluq karyerası boyu ümumilikdə, təqribən 100 filmdə çəkilib və yumoristik janrda xüsusi uğurlar əldə edib. Məşhur aktyor 11 avqust 2014-cü ildə Kaliforniyadakı evində intihar edərək özünü öldürüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Robin_Uilyams

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç