Euxenio Mira
Bəstəkar, rejissor, aktyor, ssenarist, prodüser
Euxenio Mira - ispaniyalı rejissor, aktyor, ssenarist, prodüser və bəstəkardır. 23 sentyabr 1977–ci ildə İspaniyanın Kastalya şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra pianoçu kimi Madrid şəhərinə köçür. “Septima Ars” Madrid kino məktəbinə daxil olur. İspaniyanın kino sənayesində bədii film və reklam çarxları rejissorunun birinci köməkçisi çalışır. “Uici: Veronikanın lənəti” (2017), “Hibernasiya” (2012), “Aqnoziya”(2010), “Kabus ovçuları” (2007), “Zaman ilməsi”(2007), "Ad günü" (2004) filmləri üçün musiqi bəstələyib. “Təntənəli sonluq” (2012), “Aqnoziya” (2010), "Ad günü" (2004), "Diminutos del calvario" (2002), "Fade" (2000) filmlərinin rejissoru kimi tanınır. Eyni zamanda “Aqnoziya” (2010), "Ad günü" (2004), "Fade" (2000) filmlərinin ssenari müəlliflərindəndir. "Fade" (2000) filminin prodüsrlərindən biri olub. “Açıq pəncərələr” (2014), “Dünyanın sonu” (2012), “Qırmızı işıqlar” (2011) filmlərində aktyor kimi iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Eugenio_Mira