Ben Stiller

Ben Stiller

Aktyor, kinorejissor

BİOQRAFİYA
Ben Stiller 1965-ci ilin noyabrında Nyu-Yorkda (ABŞ) anadan olub. Valideynləri məşhur komiklər Cerri Stiller və Enn Miradır. Ben dünyaya gəlməzdən əvvəl evdə dördyaşlı bacısı Emi tərbiyə olunurdu. Hər iki övlad mütəmadi olaraq valideyinlərini çəkiliş meydançalarında seyr edirdilər. Ona görə də Ben və Eminin aktyorluq peşəsini seçdikləri heç də təəccüblü deyil. 1983-cü ildə orta məktəbi bitirdikdən sonra Ben Stiller Kaliforniya Universitetinin tələbəsi olaraq kinematoqrafiya fakültəsini seçir. Lakin doqquz aydan sonra doğma şəhəri Nyu-Yorka qayıdır və aktyorluq dərnəyinə getməyə başlayır. 1985-ci ildə Stiller “Mavi yarpaqlar evi” pyesindəki Con Quar rolu ilə diqqəti çəkir. Ben Stillerin böyük ekran debütü Stiven Spilberqin “Günəş imperiyası” filmində olur. 1989-cu ildə Stiller “Şənbə günü axşam canlı yayımda” teleşousunda tamaşaçıların görüşünə gəlir. 1992-ci ildə MTV kanalında “Ben Stillerin şousu” yumoristik proqramını təqdim edir. Bir il sonra MTV şounu bağlayır. Həmin ərəfədə Ben kino aləmində epizodik rollara da çəkilirdi. 1994-cü ildə Vaynona Rayder və İtan Houkla baş rolda çəkildiyi “Reallıq dişləyir” komediyasına quruluş verir. 1996-cı ildə Cim Kerinin baş rolda çəkildiyi “Kabelçi” qara komediyasını ekranlaşdırır. Rejissorluq karyerasından əlavə, Stiller özünü başqa rejissorların filmində aktyor kimi sınayırdı. 1998-ci ildə “Meri haqqında nəsə” filmində çəkilməklə şöhrətin zirvəsini fəth edir. Onun populyar filmləri sırasında “Valideynlərlə tanışlıq", “Nümunəvi erkək”, “Bu da Polli”, “Fakerlərlə tanışlıq”, “Muzeydə gecə” filmlərini göstərmək olar. Stillerin ”Madaqaskar” cizgi filminin səsləndirilməsində də iştirakı əvəzolunmaz personajları sırasındadır. Stiller yeganə aktyordur ki, beş filminə görə “Qızıl moruq” anti-mükafatının "Ən pis aktyor" mükafatına namizəd olub. Stilleri həmçinin videokliplərdə və “Dostlar" serialında epizodik rolda görmək olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Ben_Stiller

 

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç