Deniel Lopatin

Deniel Lopatin

Bəstəkar, müğənni

BİOQRAFİYA

Deniel Lopatin 1982-ci ildə Massaçusets ştatında (ABŞ) rusiyalı mühacirlərin ailəsində dünyaya göz açıb. Anası Süzanna – musiqişünas və fortepiano müəllimidir. Atası Leonid Lopatin gənc yaşlarında “Letuçiy qollandets” qrupunda çıxış edib (Elmlə məşğul olmaq üçün 1969-cu ildə qrupun sıralarını tərk edib). 18 yaşı olanda Deniel sempler alaraq musiqi ilə məşğul olmağa başlayır. Hempşir kollecində oxuduğu illərdə bir neçə dəfə səhnədə çıxış etsə də, onun musiqisinə tələbatın olmadığını hiss edir və hazırda daimi ünvanı olan Bruklinə köçür. 2006-cı ildə Lopatin “Magic 106.7” radiostansiyasının şərəfinə özünə Oneohtrix Point Never təxəllüsünü götürüb. Məhdud tirajla “Betrayed in the Octagon”, “Zones Without People” və “Russian Mind” adlı albomlarını çıxarıb. “Oneohtrix Point Never” adlanan dördüncü albomu 2010-cu ildə işıq üzü görüb və musiqi tənqidçilərinin etimadını doğruldaraq, “Pitchfork” versiyasına görə ilin ən yaxşı relizlərinin siyahısında 20-ci yerdə qərarlaşıb. “Partizan” (2015), “Yaxşı vaxtlar” (2017), “Elit cəmiyyət” 2013, “Rəfiqələr” (2010) kimi filmlərin bəstəkarıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Oneohtrix_Point_Neve...

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç