Şon Levi 23 iyul 1968-ci ildə Kvebek şəhərində (Monreal ştatı, Kanada) anadan olub. 20 yaşı olanda Şon Levi Yel Universitetini fərqlənmə ilə bitirir, daha sonra "xoşbəxtlik axtarışı" üçün Los-Ancelesə yollanır. Həmin dövrdə “Camp strit 21” (1987-1991), “30 və daha çox” (1987-1991), “Beverli Hilz 90210” (1990-2000) seriallarında və bir o qədər məşhur olmayan “Zombi dəhşəti” (1986), “Vəhşi gözəlçə” (1986), “Öpüş” filmlərində epizodik rollara dəvət alır. Çox keçmədən aktyorluq karyerasına olan marağı azalır və Şon özünü rejissor kimi sınamaq qərarına gəlir. Cənubi Kaliforniya Universitetinin Kinematoqrafiya fakültəsində təhsil almağa başlayır. Rejissor kimi ilk işi “Aleks Makın sirli aləmi” (1994-1998) televiziya serialı olur. 1997-ci ildə böyük ekrana iki filmini təqdim edir - “Naməlum ünvan” və “Castinin zamanı”. Hər iki film uğursuz nəticə göstərir. Növbəti beş il ərzində rejissorluq karyerasını sırf televiziya sahəsində davam etdirir. Rejissorun növbəti kino işi 2002-ci ildə işıq üzü görür və “Böyük, gonbul yalançı” ailə komediyası böyük uğur əldə edir. Həmin il komediya filmi Amerika kinoprokatında 50 milyon dollara yaxın gəlir gətirir. Levinin uğurlu işləri sırasında “Yeni evlənənlər” (2003), “Topdan ucuzdur” (2003), “Çəhrayı panter” (2006) və daha çox kommersiya cəhətdən uğurlu alınan “Muzeydə gecə” komediyalarının adını çəkmək olar. Ben Stiller və Robin Uilyamsın baş rolda çəkildikləri komediya dünya prokatından 500 milyon dollara yaxın gəlir gətirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Shawn_Levy