Elis Krayc
Aktrisa, prodüser
Elis Mod Kriqe 28 iyun 1954-cü ildə Apinqton şəhərində (CAR) anadan olub. Atası alman əsilli həkim Luis Kriqe, anası psixoloq Pet Kriqe olub. Hər iki qardaşı da atalarının yolunu davam etdirərək, peşə olaraq həkimliyi seçiblər. Ailə sonralar Por-Elizabet şəhərinə köçüb. 1975-ci ildə Rods Universitetini (CAR) bitirərək, psixologiya və dram üzrə bakalavr dərəcəsi əldə edib. Yetmişinci illərdə Londona köçüb, orada 1979-cu ildə “İki şəhərin hekayəsi” telefilmində debüt edib. 1981-ci ildə rol aldığı “Odlu fayton” filmi karyerasında sürətli yüksəlişə səbəb olub. Həmin film dörd “Oskar” mükafatı qazanıb. Ardınca “Kabus hekayəsi” trillerinə mərkəzi rollardan birini oynayıb. 2006-cı ildə Elis Kriqe məşhur video oyunun ekran adaptasiyası olan “Saylent Hill”də baş antoqonist roluna çəkilib. Son illər “Tənha ürək”, “Kontrakt”, “On santimetrlik qəhrəman”, “Solomon Keyn”, “Dəri” və “Cadugərin şagirdi” kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. “Lorens Olivye adına” və “Saturn” mükafatlarının laureatıdır. Kinoda ötən yüzilliyin tarixi qadın şəxsiyyətlərini canlandırması ilə məşhurdur. Şəxsi həyatına gəlincə 1988-ci ildə ssenarist Pol Şumanla evlidir, onların övladı yoxdur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%80%D0%B8%D0%B3%D0%B5,_%D0%AD%D0%BB%D0%B8%D1%81