Rene Russo
Aktrisa, prodüser
Rene Russo 17 fevral 1954-cü ildə ABŞ-ın Kaliforniya ştatında dünyaya gəlib. Anası onu və bacısını tək böyütdüyündən, Rene əvvəlcə fabrikdə, sonra isə kinoteatrda xəzinədar işləyib. 16 yaşından başlayaraq podiumlarda görünməyə başlayıb. Bu dövrdən etibarən nüfuzlu moda brendlərinin siması kimi jurnal səhifələrində yer alması Renenin gələcək karyerasının stimulu olur. Uca boy, ideal bədən quruluşu və cazibədar sifət cizgilərinə malik olan gənc qız öz dövründə amerikan gözəlliyinin etalonu hesab edilirdi. Eyni zamanda özünümüdafiə üçün seçdiyi üsullar, müstəqil olaraq sözünü demək bacarığı Reneni XX əsr qadınlarının da gözündə ucaldıb. O, heç vaxt incə və zərif rollar oynamayıb. Renenin qəhrəmanları güclü xarakteri, möhkəm iradəsi ilə seçilib. Baxmayaraq ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində "silahlı qadın" obrazı kinosevərləri valeh etmirdi, amma aktrisa üçün öz istedadının nümayişinə bu tendensiya mane olmurdu. Elə onun inadcıl rəqabəti sayəsində "Ölümcül silah 3", "Alov xətti", "Yüksək liqa" filmləri dünya kinematoqrafiyasında yer tuta bilir. Onun tərəf müqabilləri də Russonun öz rolunu yaşatmaq bacarığına heyran olduqlarını gizlətmirdilər. Tom Besencer, Çarli Şin, Mel Gibson, Klint İstvud və Con Travolta kimi məşhurlar aktrisa ilə birgə çəkiliş meydançasına getdiklərindən məmnun olduqlarını ürəklə söyləyirdilər. Renenin qəhrəmanları həm gözəl idi: aktrisa zamanının ən arzuolunan qadınları sırasında yer almışdı, həm dəblə ayaqlaşırdı: nüfuzlu moda brendləri öz kolleksiyalarının onun bədəni ilə vəhdətindən milyonlarla gəlir əldə edirdi, həm də qadınlar üçün əvəzedilməzlik nümunəsiydi: zərif xanımlar Russonun simasında əsl yenilməzliyi görür, ona bənzəməyə çalışırdılar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Rene_Russo