Rey Stivenson

Rey Stivenson

Aktyor

BİOQRAFİYA
Corc Reymond (Rey) Stivenson 25 may 1964-cü ildə Şimali İrlandiyada anadan olub. O, Böyük Britaniyanın Hərbi Hava Qüvvələrində xidmət keçən kral pilotunun üç oğlundan biridir. Anası irlandiyalıdır. Uşaqlıqdan aktyor olmaq istəsə də, bunu əlçatmaz hesab edirdi. Ona görə də məktəbdən sonra Rey Stivenson başqa sevimli məşğuliyyəti ilə - rəsmlə məşğul olurdu. 25 yaşına qədər Stivenson Londonda memarlıq kontorlarından birində işləyib. Amma sonradan, gec də olsa, özünü aktyor kimi sınamaq qərarına gəlir. Qəbul olduğu teatr məktəbini 29 yaşında bitirir. 90-cı illərin əvvəllərində Stivensonun kino sənətində karyerası başlayır. Rey bir neçə televiziya filmində rol alır. "Evə qayıdış" (1994) filmində Klayv Ouen, Ketrin Zeta-Cons və Stiven Makintoşla birgə görünür.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ray_Stevenson

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç