Kristofer Ekklston

Kristofer Ekklston

Aktyor

BİOQRAFİYA

Kristofer Ekklston 16 fevral 1964-cü ildə İngiltərənin Solford şəhərində anadan olub. “Dayaz qəbir”, “Yelizaveta”, “28 gün sonra” və “Kobranın yüksəlişi” kimi filmlərdə oynadığı rollarla tanınır. 2005-ci ildə əfsanəvi “Doktor Kim” elmi-fantastik teleserialında “həkim”in doqquzuncu inkarnasiyasına çevrilir. Ekklston “Qəhrəmanlar” fantastik teleserialında gözəgörünməz insan personajını yaradıb. Şəxsi həyatına gəlincə, Kristofer fəhlə ailəsində doğulub, üç qardaşdan ibarət ailənin son beşiyidir. Solford Texniki kollecində oxuyub. Qardaşı Alan “Ürək” filminə çəkilib. Uşaqlıqda ən böyük arzusu azarkeşlik etdiyi Mançester Yunayted klubunda oynamaq olub. Ancaq futbol bacarıqlarının aktyor səriştəsi kimi yüksək olmadığının fərqinə vararaq özünü kinematoqrafiya və teatra həsr edib. Şekspir, Molyer, Çexov kimi dahi dramaturqların əsərləri əsasında səhnəyə qoyulmuş tamaşalarda iştirak edib. Teatrda çıxış etdiyi dövrdə bir müddət işsiz qalıb və supermarketdə işləməli olub, eyni zamanda model olaraq rəssamlara poza verib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Christopher_Eccleston
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç