Katrin Martin

Katrin Martin

Aktrisa

BİOQRAFİYA

Katrin Martin 3 fevral 1950-ci ildə Lukkau şəhərində dünyaya gəlib. 1968-1971-ci illərdə Ali Musiqi və Teatr Məktəbində (Rostok) oxuyub və teatr aktrisalığı üzrə diplom əldə edib. Məzun olduqdan sonra Branderburq və Noyştrelitse teatrlarının səhnələrinə çıxıb, bundan başqa qastrol səfərlərində iştirak edərək, müxtəlif şəhərlərdə qoyulan tamaşalarda rol alıb. Şekspirin “Yay gecəsində yuxu” komediyasında Yelena, Qorkinin “Dibdə” pyesində Nataşa, “İnam, sevgi və ümid” dramında Yelizaveta rolunu ifa edib. 1978-ci ildən etibarən ştatdankənar teatr aktrisası kimi fəaliyyət göstərib. Ekranlarda isə daha çox rejissor Ziqfrid Hartmanın 1979-cu ildə çəkdiyi “Belyanoçka və Rozuçka” adlı kinonağılında Rozuçka rolunda məşhurlaşıb. Şərqi və Qərbi Almaniyanın birləşməsindən sonra daha çox rejissor, ssenarist və prodüser kimi fəaliyyət göstərib. O müxtəlif uşaq radiotamaşaları ərsəyə gətirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D1%82%D0%B8%D0%BD,_%D0%9A%D0%B0%D1%82%D1%80%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç