Sülyemanov Məzahir Həbulla oğlu 28 yanvar 1944-cü ildə anadan olub. M.A.Əliyev adına İncəsənət institutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, 1972-ci ilin noyabrında H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyir. M.H.Süleymanov teatra gəlişinin ilk günlərindən teatr rejissorlarının diqqətini cəlb edib. İşlədiyi ilk günlərdən hal-hazıra qədər teatr repertuarının ağırlığını daşıyan əsas aktyorlardan biri olub. M.Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynamağa nail olub. Bu obrazların ponoramasına nəzər yetirdikdə onun böyük istedada malik olması göz önünə gəlir. Fransız dramaturqu C.B.Molyerin "Skapenin kələkləri" tamaşasında Oktav, Eston dramaturqu E.Rannetin "Azmış oğul" tamaşasında Lembin, gürcü dramturqu M.Beradzenin "Gecikən sərnişinlər üçün iki bilet" tamaşasında Bidzina, rus dramaturqu Qoqolun "Müfəttiş" komediyasında Podkolyosin, M.Lermantovun "Maskarad" tamaşasında Naməlum adam, Rumin dramaturqu Karacalenin "İtirilmiş məktub" tamaşasında Taraxanake, tatar dramaturqu A.Abdulinin "13-cü sədr" tamaşasında Prokuror, türk dramaturqu N.Hikmətin "Demoklisin qılıncı" tamaşasında Arxitektor, "Bayramın birinci günü" tamaşasında Vəli əfəndi və sair göstərmək olar. Azərbaycan klassiklərindən: C.Cabbarlının "Solğun çiçəklər" əsərinin tamaşasında Axund, "Oqtay Eloğlu" tamaşasında Aslan bəy, "Vəfalı Səriyyə" tamaşasında Rüstəm, Ü.Hacıbəyovun "Arşın mal alan" tamaşasında Soltan bəy, J.Məmmədquluzadənin "Ölülər" tamaşasında Hacı Həsən, M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşasında Müsyo Jordan, S.S.Axundovun "Tamahkar" tamaşasında İmran, H.Nəzərlinin "Ayıl, bax bu dünyaya" tamaşasında Abbas Səhət, H.Cavidin "Afət" tamaşasında Qaplan, A.Şaiqin "Bir saatlıq xəlifə" tamaşasında Harun Ər Rəşid, Ə.Haqverdiyevin "Kimdir müqəssir" tamaşasında Qasım bəy və sair obrazlar aktyorun geniş diapazonuna malik olduğunu sübut edir. Müasir dramaturgiyadan: Anarın "Adamın adamı" tamaşasında Tərs Tahir, R.İbrahimbəyovun "Park" tamaşasında Dost, V.Səmədoğlunun "Bəxt üzüyü" tamaşasında Tanrıbəy, M.Sülyemanlının "Dəyirman" tamaşasında Sarı Qasım, G.Xuqayevin "Varlı ev" tamaşasında Beçir, "Qocaların məhəbbəti" tamaşasında Qadutsa, Ç.Aytmatovun "Əsrə bərabər gün" tamaşasında Tansıkbayev, S.Başbəyovun "Dəmir qadın" tamaşasında Alimcan, Şamo Arifin "Qınamayın məni" tamaşasında Həbib, T.Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasında Əli Əmirli və sair tamaşaları göstərmək olar. 2005, 2006 və 2012-ci illərdə M. Süleymanov Respublika Prezidentinin mükafatına layiq görülüb. Məzahir Süleymanova böyük etimad göstərilmiş və ona 2006-cı ildə Azərbaycan Respublikasının Fəxri Əməkdar artist adı verilib. 2008-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layıq görülüb. Sülyemanov Məzahir Həbulla oğlu 28 yanvar 1944-cü ildə anadan olub. M.A.Əliyev adına İncəsənət institutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, 1972-ci ilin noyabrında H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyir. M.H.Süleymanov teatra gəlişinin ilk günlərindən teatr rejissorlarının diqqətini cəlb edib. İşlədiyi ilk günlərdən hal-hazıra qədər teatr repertuarının ağırlığını daşıyan əsas aktyorlardan biri olub. M.Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynamağa nail olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/M%C9%99zahir_S%C3%BC...