Şahmar Qəribli

Şahmar Qəribli

Rejissor, aktyor

BİOQRAFİYA
Şahmar Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. Ədil İsgəndərovdan sənətin sirlərini öyrənib. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Moskvada çoxseriyalı "Jasmin" filminə çəkilib və Kamal rolunu oynayıb. Atasını itirdikdən sonra xatirəsini əbədi yaşatmaq naminə oğluna 'Qərib' adını verib. Şahmar Qəribli uzun sürən xəstəlikdən sonra 66 yaşında müalicə aldığı xəstəxanada dünyaya gözlərini əbədi yumub. Doğulduğu Kürdəmir rayonunda torpağa tapşırılıb. Şahmar Qəribli ölümündən 3 gün əvvəl doğum gününü qeyd edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/%C5%9Eahmar_Q%C9%99r...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç