Məsud Abpərvər
Rejissor, ssenarist, prodüser
Məsud Abpərvər - İranlı (Cənubi Azərbaycanlı) rejissor, ssenarist və prodüserdir. Hicri təqvimi ilə 1340-cı ildə Tehran şəhərində anadan olub. Atası Bakıda, anası Ərdəbildə doğulub. Kino rejissorluğu ixtisası üzrə ali təhsil alıb. Eyni zamanda Anahita Teatr Məktəbində aktyorluq sənəti üzrə oxuyub. 1366-cı ildə ən yaxşı aktyor nominasiyasında Tələbə Teatr Festivalının mükafatına layiq görülüb. Farabi Kino Fondunun ssenaristlik kurslarını bitirdikdən sonra İranlı rejissorlarla əməkdaşlığa başlayıb. Bir neçə ildən sonra həmkarları və dostları ilə birlikdə İncəsənət İnkişaf Emalatxanasını təsis edib. Böyük kinoda daha çox “Hoosh-e Siah” (2010), “Legionnaire" (2017), “Darre-ye shaparakha” (1991) filmləri üzərində gördüyü işə görə tanınır. 2008-ci ildə Vahid Naxışın yazdığı ssenari əsasında Elşən Rüstəmov, Sevinc Əlişova və Kazım Abdullayevin baş rollara çəkildiyi “Seçilən” siyasi-kriminal dramını lentə alıb. Asudə vaxtlarında voleybol və stolüstü tennis oynamağı, avtomobillə səyahətə çıxmağı sevir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://masoudabparvar.com/