Mett Cerald

Mett Cerald

Aktyor

BİOQRAFİYA

Mett Cerald 2 may 1970-ci ildə Florida ştatının Mayami şəhərində dünyaya göz açıb. Daha çox Ceyms Kemeronun “Avatar” fantastik filmində hərbi zabit Layl Uaynflit, “San Andreas” filmində Harrison və “Dektster” serialında silsilə qatil rolu ilə yadda qalıb. Karyerası ərzində ümumilikdə 53 televiziya və bədii filmdə və serialda rolu var. Hazırda (2018-ci ildə) “Avatar” filminin sikvellərinə çəkilir. Tom Arvadaninin aktyorluq məktəbinin şagirdi olub. Pensilvaniya Universiteti nəzdində fəaliyyət göstərən Uorton ali məktəbini bitirib. Kinoda debütünü 1998-ci ildə “Ulduz hərisliyi” (1998) filmindəki epizodik rolla gerçəkləşdirib. Daha sonra bir neçə filmdə, o cümlədən “İudanın öpüşü” (1998), “Həyatını itirmiş” (1999) və “Maqnoliya” filmlərində görüntülənib. “Pələnglər ölkəsi” (2000) filmində oynadığı serjant İvlend rolu ən əlamətdar rollarından hesab olunur. 2003-cü ildə “Terminator 3: Maşınların qiyamı” blokbasterinə çəkilib. 2009-cu ildə isə karyerasının ən uğurlu filmi olan “Avatar”da rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/matt_gerald/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç