Filip Kuest

Filip Kuest

Aktyor

BİOQRAFİYA

Filip Kuest 30 iyul 1957-ci ildə Avstraliyanın Uels bölgəsinin Tamvort qəsəbəsində fermer ailəsində anadan olub. 1979-cu ildə Milli Dram İncəsənət İnstitutunu bitirib və Cənubi Avstraliya dövlət teatr şirkətində rezident olaraq karyerasına başlayıb. 80-ci illərdən etibarən müxtəlif teatr tamaşalarında iştirak edir. 1981-ci ildə “Play School” adlı uşaq televiziya şousunun aparıcısı olub. Şöhrət ona 1987-ci ildə gəlib, belə ki, “Səfillər” müziklında Javer rolunu oynayıb. Həmin tamaşa bir sıra prestijli mükafatları qazanıb. 1989-cu ildə aktyor Javer rolunu Uest-End səhnəsində oynamaq üçün Londona yollanır. Daha sonra Stiven Sondhamın “Corcla bazar günü parkda” adlı tamaşasında çoxdan arzuladığı Jor Ser rolunu əldə etməyə nail olub. Həmin rola görə ilk “Lourens Olivye” mükafatını qazanıb. Filip Kuest kinoda debütünü 80-ci illərdə gerçəkləşdirib. 30-dan çox bədii film və seriala çəkilib. Ekranlarda ilk dəfə “İnspekter Mors” adlı məşhur serialda görüntülənib. Daha sonra “Xalis ingilis qətli”, “Susqun şahid” kimi seriallarda rol alıb. 1996-cı ildə Avstraliyanın “Who Weekly” jurnalı aktyoru “dünyanın ən gözəl 25 insanı” siyahısına daxil edib. 2011-ci ildə rejissor Li Tamahorinin “İblisin əkizi” bioqrafik dramında Səddam Hüseyn rolunu oynayıb. 2016-cı ildə Mel Gibsonun “Oskar” mükafatlı “Heksou uçurumu” filminə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/philip_quast/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç