Donal Qlison 12 may 1983-cü ildə Dublində (İrlandiya) aktyor Brenden Qlisonun və Merinin ailəsində anadan olub. Donalın özündən kiçik üç qardaşı var. Aktyorluq sahəsində atasının uğurları Donalı da bu sənəti seçməyə həvəsləndirir. O, həm klassik tamaşaların, həm də müasir dövr musiqili tamaşaların səhnələşdirildiyi teatr səhnəsində çıxış edirdi. Məktəbi bitirdikdən sonra Dublin Texnoloji Universitetinin aktyorluq fakültəsinə qəbul olur. Donalı məşhurlaşdıran “Gələcəkdən oğlan”, “Sağ qalan”, “Anna Karenina”, “Məğlub olmayan”, “Əlvida, Kristofer Robin”, “Harri Potter”in son seriyaları və “Ulduz müharibələri”nin yeddinci və səkkizinci epizodlarında oynadığı rollar olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Domhnall_Gleeson