Elis Enqlert

Elis Enqlert

Aktrisa

BİOQRAFİYA

Elis Alleqra Enqlert 15 iyun 1994-cü ildə Sidneydə (Avstraliya) sənətçi ailəsində dünyaya göz açıb. Atası Kolin Enqlert rejissor və prodüser, anası Ceyn Kempion – kinematoqraf, “Piano”, “Parlaq ulduz” kimi filmlərin yaradıcısı və 1993-cü ilin “Oskar” mükafatı laureatıdır. Valideynlərinin peşəsi ilə əlaqədar Elis tez-tez səyahət edib. Ancaq heç də dərhal valideynlərinin yolunu davam etdirmək fikrinə düşməyib. Uşaqlıqda o daha çox musiqi və rəsmlə maraqlanırdı. 2001-ci ildə “Qulaq as” adlı qısametrajlı filmdə aktyor debütünü edib. Beş il sonra anasının yazdığı ssenari əsasinda tammetrajlı “Suyun gündəliyi” adlı filmə çəkilib. Ona şöhrət qazandıran film, 2012-ci ildə ekranlara çıxan. El Feninqlə birgə çəkildiyi “Bomba” filmi olub. Daha sonra 2013-cü ildə eyniadlı romanın ekran adaptasiyası olan “Gözəl varlıqlar” qotik melodramında baş rola çəkilib. Həmçinin “Zamandan kənar” adlı epik filmin çəkilişlərində iştirak edib. 2015-ci ildə “Boyfrendimin oyunu” adlı qısametrajlı filmin rejissoru və ssenaristi olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BD%D0%B3%D...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç