Aleksandr Despla

Aleksandr Despla

Bəstəkar

BİOQRAFİYA
Aleksandr Despla 23 avqust 1961-ci ildə Fransada anadan olub. Atası fransız, anası isə yunandır. Valideynləri Kaliforniya ştatının (ABŞ) Berkli kollecində bir yerdə oxuyublar və məhz orada bir-biri ilə tanış olublar. Evlilikdən sonra cütlük Fransaya köçür və Aleksandr burada dünyaya gəlir. Beş yaşında Aleksandr fortepianoda çalmağı öyrənir və müəyyən bir müddət sonra fleytada ifa etməyə başlayır. Uşaqlığından bəri musiqi Aleksandrın həyatının ayrılmaz bir hissəsinə çevrilir və o, təhsilini də musiqi sahəsində alır. Əvvəl Fransada, daha sonra isə ABŞ-da aldığı musiqi təhsili onun musiqi zövqünü formalaşdırır. Gənc musiqiçi klassik və müasir musiqinin bütün növləri ilə - caz, rok, pop və sairlə maraqlanırdı. O musiqi dünyasında baş verən yeniliklərin heç birindən geri qalmaq istəmirdi. Aleksandrın kino bəstəkarı kimi debütü 1985-ci ilə təsadüf edir. O, fransız kinosu “Ki lo sa?” filminə musiqi yazmaq barədə təklif alır. Fransada uğurlu debütdən sonra onu Hollivuda dəvət edirlər. Despla təkcə filmlərə deyil, həmçinin teatr tamaşalarına da musiqi yazır. Gilyermo del Toronun çəkdiyi "Suyun şəkli" filminə yazdığı musiqiyə görə "Oskar"a layiq görülüb (2018).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alexandre_Desplat
FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç