Riçard Laqravenes

Riçard Laqravenes

Rejissor, ssenarist

BİOQRAFİYA

Riçard Laqravenes 30 oktyabr 1959-cu ildə Nyu-Yorkun Bruklin rayonunda (ABŞ) taksi sürücüsünün ailəsində dünyaya gəlib. Sənətşünaslıq ixtisası üzrə Nyu-York universitetinin məzunu olub. Karyerasını 30 yaşında “Gözlənilməz oyanış” filminə yazdığı ssenari ilə başlayıb. Hal-hazırda qızı Lili və həyat yoldaşı Ennlə Manhettenin Central Park Uest məhəlləsində yaşayır. Riçard “Balıqçıların şahı” (1991) filminə yazdığı ssenari ilə məşhurlaşıb. Linda Obst və Debra Hill ssenarini alaraq çəkilişlərə Terri Qilliamı cəlb edir. Filmin fantastik uğurundan sonra Laqravenes bir neçə studiya ilə müqavilə bağlayıb və bu ona “A-siyahısı” adlandırılan bir nömrəli layihələrlə məşğul olmaq imkanı qazandırıb. Riçard “Oskar” mükafatına namizəd olan bir çox rejissorlar, o cümlədən, Conatan Demmi, Barbara Streyzand, Robert Redford, Klint İstvud və Stiven Soderberqlə əməkdaşlıq edib. 2002-ci ildə Ostin kino festivalında “9 il təsir altında” filminin rejissorluğuna görə ali mükafata layiq görülüb. Böyük kinoda daha çox “Azad yazarlar” (2007), “Gözəl Varlıqlar” (ssenarist və rejissor) (2013), “Balıqçıların şahı” (1991), “Əyilməz” (2014) filmlərinin ssenaristi kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%B3%D1%80%D0%B0%D0%B2%D0%B5%D0%BD%D0%B5%D0%B7%D0%B5,_%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç