İtan Koen

İtan Koen

Ssenarist

BİOQRAFİYA

İtan Koen – amerikalı ssenaristdir. Qüds şəhərində doğulub. Uşaqlığının bir hissəsi İsrailin Fərat şəhərində keçib. Sonralar ailəsi ABŞ-a köçüb. Maymonid şəhər orta məktəbini, ardınca Harvard kollecini bitirib. Tələbə olduğu illərdə “Harvard Lampoon” nəşrinin köşə yazarı olub. İlk uğurlu ssenarilərini 1995-1997-ci illərdə “Bivis və Batthed” cizgi serialı üçün yazıb. Daha sonra 2001-2005-ci illərdə “Dağın şahı” serialının, 2006-cı ildə isə “İdeokratiya” utopik komediyasının ssenari müəllifi olub. 90-cı illərin sonlarında “Recess”və qısa-ömürlü “It’s Like You Know” cizgi seriallarına ssenari yazıb. “İdeokratiya” filmi üzərində işləri yekunlaşdırdıqdan sonra populyar “Amerikalı dədə” serialının “Failure is not a Factory-Installed Option” adlı epizodunun ssenaristi olub. 2008-ci ildə aktyor Ben Stiller və Castin Teru ilə birlikdə “Uğursuzluq əsgərləri” komediyasına ssenari yazıb. Həmçinin “Madaqaskar 2” cizgi filmi, “Qara kostyumlu adamlar 3”, “Kendi Lənd”, “Nişanlı”, “Layihə - A” filmlərinin ssenari müəllifi olub.

Ətralfı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Etan_Cohen

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç