Coel Koen

Coel Koen

Ssenarist, rejissor, prodüser

BİOQRAFİYA
Coel Koen 29 noyabr 1954-cü ildə Minneapolis şəhərində (Minnesota ştatı, ABŞ) anadan olub. Coel qardaşı İtandan üç yaş böyükdür. Coel professor ailəsindəndir. Atası iqtisadçı, anası isə sənətşünaslıq üzrə mütəxəssisdir. Coelin uşaq vaxtlarında qardaşı İtan ilə çox yaxşı münasibəti olub. Qardaşı ilə birlikdə istedadlı uşaqlar üçün nəzərdə tutulmuş kollecdə oxuyublar. Daha sonra Coel Nyu-York universitetinin kinematoqrafiya fakültəsinə qəbul olur. Universiteti bitirdikdən sonra müəyyən bir müddət rejissor və kinooperator Barri Zonnenfeldin asisstenti kimi işləyib. Eyni vaxtda qardaşı da Prinstons universitetinin fəlsəfə fakültəsini bitirir. Coel ilk tammetrajlı filmini 29 yaşı olanda çəkib. 1983-cü ildə qardaşı ilə birlikdə “Sadəcə qan” komediyasına ssenari yazıb. Bu əsərdə Koen qardaşlarının fərqli və təkrarolunmaz üslubu, satirik yanaşması diqqət çəkirdi. Onların hər yeni filmi tamaşaçıları və tənqidçiləri heyran edirdi. Onların ikinci işi 1987-ci ildə çəkilmiş “Arizona tərbiyəsi” filmi olur. Film uşaqları olmayan qəribə bir cütlüyün uşaq oğurladıqdan sonra başlarına gələn macəralar haqqındadır. 6 milyon dollarlıq büdcə ilə çəkilən film 22 milyon dollar gəlir gətirir. Qardaşı Coel Koenlə Hollivudun ən tanınmış ssenaristlərindən hesab edilirlər. “Qocalara burada yer yoxdur”, “Farqo”, “Böyük Lebosvski”, “Barton Fink”, “Millerin kəsişməsi”, “Olmayan insan” və “Baster Skraqqsın balladası” filmləri ilə tanınırlar. Dörd “Oskar” mükafatının sahibidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.imdb.com/name/nm0001054/bio?ref_=nm_ov_...
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç