Temsin Egerton

Temsin Egerton

Aktrisa

BİOQRAFİYA

Temsin Egerton 26 noyabr 1988-ci ildə İngiltərənin Hempşir qraflığında anadan olub. “Ditcham Park School”da təhsil alıb. Temsinın xatirələrinə görə, məktəbdə sinif yoldaşları tərəfindən istehzalara məruz qalırdı. Sonralar o, aktyor kurslarında oxuyub. Dayə işləyib və iki rəfiqəsi ilə Londonda kirayə ev tutub. "ICM models" agentliyində fotomodel kimi çalışıb. 2000-ci ildə Şekspir teatrının “Müəmmalı bağ” müziklında Mariya rolunda çıxış edib. 2001-ci ildə kinoda debütü baş tutur və daha sonra uğurlu layihələrdə yer alır. 2005-ci ildə Egerton "Mumla" komediyasında kiçik ingilis kəndinin xoş günlərindən bəhs edən filmdə çəkilib. 2006-cı ildə isə “Eraqon” filminin iki səhnəsində Katrin rolunu oynayıb. Daha sonra “Abbatlıq” televiziya komediyasında, həmçinin 2007-ci ildə “Sinif yoldaşları” yeniyetmə komediyasında çəkilib. 2009-cu ildə "Bıçağın kənarı" trillerində əsas rol Temsinə verilir, daha sonra “Sinif yoldaşları 2: Frittonun qızılı haqqında əfsanə” növbəti telelayihədə yer alır. Filmin hadisələri məktəbdə cərəyan edir. Bu məktəbin şagirdləri demək olar ki, bütün daxili qayda-qanunlardan uzaq olurlar. 2010-cu ildə Temsin “Pullar” serialında, “Milyonerə necə ərə getməli” komediyasında, “4.3.2.1.” kriminal trillerində çəkilib. Daha sonra o, “Kamelot” tarixi serialında da iştirak edib. Burada əsas personajlardan biri olan Qvinevri canlandırıb. Temsin 2012-ci ildən aktyor Coş Hartnettlə faktiki evlidir. Cütlüyün iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://en.wikipedia.org/wiki/Tamsin_Egerton

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç