Karl Conson

Karl Conson

Aktyor

BİOQRAFİYA

Karl Conson – britaniyalı aktyordur. 1 mart 1948-ci ildə doğulub. Birminhem universitetinin fəxri doktorudur. Karyerası ərzində 70-ə yaxın kino və seriala çəkilib. Əlamətdar işləri arasında “Üçüncü ulduz”, “Möcüzə piştaxtası”, “Sevgi şeytandır”, “Merlin”, “Aqata Kristinin Puarosu”, “Berjerak” və digər filmlər və seriallarda oynadığı rolları misal göstərmək olar. Ən çox “Vitgenşteyn” filmində filosof Lüdviq Vitgenşteyn, “Roma” serialında oynadığı rolla tanınır. Karl Conson 2006-cı ildə rejissor Nil Burgerin “İllüziyaçı” filminə çəkilib. Ekran əsərində baş rolları Cessika Bill və Edvard Norton oynayıb. 2013-cü ildə rejissor Sem Leyferin “Plebeylər” adlı britaniya komediya serialında görünüb. Serialda hadisələr qədim dövrdə baş versə də, uydurma personajlar daha çox müasir cəmiyyətin problemlərini işıqlandırır. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Karl_Johnson_(actor)

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç