Rufus Syuell

Rufus Syuell

Aktyor

BİOQRAFİYA

Rufus Syuel 1967-ci ildə İngiltərədə anadan olub. 1994-cü ildə Corc Eliotun səhnələşdirilən “Middlmarç” romanında Uill Ladislav rolunu oynayıb. 1993-cü ildə isə Tom Stoppardın “Arkadiya” pyesində baş rolu canlandırıb. Bu rollara görə "Laurens Olivie" mükafatına namizəd göstərilib. 1998-ci ildə “Qaranlıq şəhər” filmində baş rola çəkilib. 2000-ci ildə “Uşağı xilas et” filmində Kim Beysincer və Kristina Riççi kimi aktyorlarla bir yerdə işləmək şansı əldə edib. 2001-ci ildə “Cəngavərin nağılı” filminə çəkilir. 2006-cı ildə “Pere-Şekspir” filmindəki roluna görə "Ən yaxşı aktyor" kateqoriyası üzrə BAFTA mükafatına namizəd göstərilib. 2010-cu ildə Coni Depp və Ancelina Colinin baş rolda olduğu "Turist" filmində kiçik bir rol alıb. 2012-ci ildə “Prezident Linkolin: Vampir ovçusu” filmində əsas mənfi qəhrəman vampir Adam rolunu canlandırıb. 2014-cü ildə Dueyn Conson ilə “Herakl” filminə çəkilib. 2015-ci ildə “İnanılmaz Blinki Bil” çizgi filmində ser Klod personajını səsləndirib. Daha sonra 2016-cı ildə “Yüksək qalada adam” teleserialında Con Smit rolunu canlandırıb. 2016-cı ildən 2017-ci ilə qədər “Viktoriya” serialında Lord Melburn rolunu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Rufuz_Sevell

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç