Bipaşa Basu
Aktrisa, model
Bipaşa Basu 7 yanvar 1979-cu ildə Dehlidə (Hindistan) benqal ailəsində anadan olub. Onun adının mənasını “Dərin qaranlıq istək” kimi də tərcümə etmək olar. Sonradan ailə Kəlküttəyə köçür və burada Bipaşa model biznesində ilk uğurlarını qazanır. Bipaşanın iki bacısı var: Bidişa və Bicoeta. Uşaqlıqda dərisinin tünd rənginə görə onu "çirkin" adlandırırdılar. Bipaşa hind, ingilis və benqal dillərində sərbəst danışır. Məktəbdə basketbolla maraqlanır və həkim olmağı arzulayırdı. Məktəbdən sonra ticarət sahəsində işləməyə başlayır və maliyyə hesabatları ilə məşğul olur. Kəlküttədə həmçinin menecmentin əsaslarını öyrənir. Lakin Kəlküttə otellərinin birində agent Mehr Cessiya ilə tanışlığı onun taleyini dəyişir. Aktrisa onu özünün "xaç anası" hesab edir. 16 yaşında Bipaşa “Godrej Cinthol Supermodel” müsabiqəsində uğur qazanır. 17 yaşında isə Floridada “Ford Supermodel” beynəlxalq müsabiqəsində iştirak edir və üçüncü yeri qazanır. Bipaşa xüsusilə "Ford" avtomobilini reklam edir və Nyu-Yorka dəvət alır, burada da rəngarəng jurnalların səhifələrində peyda olur. Aktrisa beynəlxalq top-model ola bilərdi, lakin vətənə olan nostalgiyası aktrisanı Hindistana qaytarır. Burada da aktrisa əsasən reklam çarxlarında çəkilir və podiumda çıxış edirdi. Və təsadüfən Bollivud kinosuna "düşür". İlk filmi ona uğur qazandırır, Bipaşa "Ən yaxşı debüt qadın rolu"na görə “Filmfare Award” mükafatına layiq görülüb. 2015- ci ildə aktrisa “Tənhalıq” qorxu filmində çəkilir. Bu filmdə Basu əməliyyat zamanı ölən siam əkizlərindən birini canlandırır. Bu filmin çəkilişində də əvvəllər televiziya, sonralar isə kino aktyoru olan Karan Sinq Qroverlə tanış olub, görüşməyə başlayır. 2016-cı il aprelin 30-da Karan Sinqlə ailə qurur. Bu Karan üçün üçüncü, Bipaşa üçün birinci nikah olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bipasha_Basu