Nil Börger 1964-cü ildə dünyaya gəlib. Yel universitetini bitirib. 2002-ci ildə rejissor və ssenarist karyerasına başlayıb. “Qatillə müsahibə” dramı onun debüt işi olur. İkinci filmi isə dörd il sonra çəkilən “İllüziyaçı” filmi olur. Filmin xəyal məhsulu olmasına baxmayaraq, bəzi hissələri Avstriya imperatoru Frans İosifin davamçısı olan şahzadə Rudolfun bioqrafiyasına əsaslanır. Filmdə baş rolları Edvard Norton, Pol Camatti və Cesika Bil oynayıb. Film izləyicilər tərəfindən sevilir və 87 milyon dollardan çox gəlir gətirir. Həmçinin "Ən yaxşı operator işi"nə görə “Oskar” mükafatına namizəd göstərilib. Nil Börger isə film sayəsində Hollivudda şöhrət qazanıb. İki il sonra “Sərt döngə” filminin üçüncü hissəsini çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Neil_Burger