Ben Nott

Ben Nott

Operator, prodüser

BİOQRAFİYA
Ben Nott 1999-cu ildən başlayaraq bu günədək 26 filmin çəkilişində iştirak edib. İlk filmi isə “İtirilmiş dünya” serialıdır (1999-2002). Ben Nott operator kimi “Vaxt gözətçisi” (2014), “Tanrının əsləhəsi 3: Zodiak missiyası (2012), “Əbədi məhəbbət (2015) , həmçinin ”İtirilmiş dünya” (1999-2002), “Şirkət” (2007), “Gecə dəhşətləri və fantastik qarabasmalar: Stiven Kinqin hekayələri (2006) seriallarında işləyib. “Vaxt gözətçisi” filminə görə Avstraliyanın kinematoqraf və televiziya akademiyasının ən yaxşı operator işi mükafatına layiq görülüb. 2008-ci ildə “Şirkət” serialının pilot buraxılışına görə Amerika kinooperatorlar cəmiyyətinin peşəkar operator işi mükafatına layiq görülüb. ”Şirkət” serialı həmçinin “mini-serial üzrə ən yaxşı operator işi” mükafatına namizədlər sırasında idi. 2005-ci ildə çəkilən “Salemin taleyi” mini-serialına görə Amerika kinooperatorlar cəmiyyətinin ən yaxşı peşəkar operator işi üzrə mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0636603/bio?ref_=nm_ov_bio_sm

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç