Pit Trevis
Rejissor, ssenarist
Pit Trevis kinorejissor və ssenaristdir. Pit Trevis rejissor olmazdan əvvəl sosial işçi kimi çalışıb. Trevis, Nik Horbinin "Faith" hekayəsinin ekranlaşdırılması üçün müəllif hüququnu əldə etdikdən sonra filmi ərsəyə gətirir və film 11 yanvar 1997-ci ildə Londondakı Film Festivalında nümayiş olunur. 2003-cü ildə Paul Qrinqrass Trevisə Omada terror hadisələrini ekranlaşdırması üçün ssenari göndərir. Elə filmin adı da "Oma" olur. Film 2004-cü ildə Toronto Film Festivalında nümayiş olunur və "Discovery" mükafatına layiq görülür. Daha sonra film "Best Single Drama" nominasiyasında BAFTA mükafatını da qazanır. 2010-cu ildə Trevis "Dredd" filminə rejissorluq edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Pete_Travis